"Bu döyüşdə qalib gəlsəm, titul qazanacaqdım"

  • 21 Aprel 2024, 20:33

UFC döyüşçüsü Castin Qeyci (25-5) İslam Mahaçevlə (25-1) titul döyüşü alan Dastin Puarye (30-8) üçün xoşbəxt olduğunu söyləyib.

Sportlife.az xəbər verir ki, məşhur idmançı bu barədə "MMAKnockout"a müsahibəsində deyib.

“Mənim yerimdə çoxları döyüşdən imtina edərdi, amma heç nəyə peşman deyiləm. Çox əyləndim. Bu, UFC üçün çox böyük, tarixi bir kart idi. Bu kartın bir hissəsi olmaq və onun üzərində ən yaxşı mübarizəni vermək artıq tarixin bir hissəsidir. Bu, böyük risk idi və mən uğursuz oldum. Bu döyüşdə qalib gəlsəm, titul qazanacaqdım. Dastin üçün xoşbəxtəm. Kimsə Mahaçevlə döyüşməli idi" - deyə Qeyci bildirib.

Qeyd edək ki, Maks Hollovey (25-7) Qeycini beşinci raundda nokautla məğlub edib. Mübarizə BMF titulu uğrunda baş tutub.


Paylaş: