"Fənərbağça" Türkiyə Superliqasından çıxası olmadı

  • 2 Aprel 2024, 22:35

"Fənərbağça"nın prezidenti Ali Koç klubun Türkiyə çempionatından çıxma ehtimalı məsələsinə baxılmasını təxirə saldığını açıqlayıb.

Sportlife.az xəbər verir ki, Koç "Liqadan çıxmaq məsələsinin müzakirəsini 3 ay sonra baş tutacaq ümumi qurultaya qədər təxirə saldıq" deyib.

Qeyd edək ki, martın 17-də Türkiyə çempionatının 30-cu turunun oyunundan sonra “Trabzonspor” azarkeşləri “Fənərbağça”nın futbolçularına (2:3) hücum edib. Azarkeşlər meydançaya qaçaraq futbolçularla dava ediblər.

Martın 19-da isə “Fənərbağça”nın mətbuat xidməti xəbər vermişdi ki, klub insidentdən narazı qaldığı üçün Türkiyə çempionatından çıxmağın mümkünlüyünü nəzərdən keçirəcək.


Paylaş: