UFC həyəcanı: Döyüşlərin təqvimi

  • 19 Yanvar 2024, 15:57

Yanvarın 20-dən 21-nə keçən gecə Kanadanın Toronto şəhərində "Scotiabank Arena" idman kompleksinin ərazisində UFC 297 turniri keçiriləcək.

Sportlife.az xəbər verir ki, qarışıq döyüş gecəsinin əsas yarışında ABŞ-dən Şon Striklend titulunu Cənubi Afrika təmsilçisi Drikus du Plessislə döyüşdə qoruyacaq.

UFC 297 Bakı vaxtı ilə saat 03:30-da başlanacaq.

Kanadada keçiriləcək turnirin video yayımını "Match Fighter" kanalında, həmçinin "UFC Fight Pass"a abunə olmaqla canlı izləyə bilərsiniz.

UFC 297: 

Şon Striklend (28-5) - Drikus Du Plessis (20-2)

Rakel Penninqton (15-8) - Mayra Bueno Silva (10-2-1)

Neil Maqni (28-11) - Mayk Malott (10-1-1)

Kris Körtis (30-10) - Mark-Andre Barrio (16-6)

Arnold Allen (19-2) - Mövsər Evloyev (17-0)


Paylaş: