
Amorimin istədiyi hücumçu
"Mançester Yunayted" "Napoli"nin 26 yaşlı hücumçusu Viktor Osimheni transfer etməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, nigeriyalı hücumçu "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin gələn yay üçün əsas transfer hədəfidir. Portuqaliyalı mütəxəssis hesab edir ki, afrikalı forvard komandanın qol problemini həll edə bilər. Mançester təmsilçisi bu transferi 40 milyon funt-sterlinqə bitirmək istəyir.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edir. O, bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.