Ançelottinin yerinə 2 əsas namizəd var

  • 1 Dekabr 2023, 12:50

"Real" gələn mövsüm üçün baş məşqçi ilə bağlı hələ qərar verməyib. 

Sportlife.az "The Athletic"ə istinadla xəbər verir ki, klub komandanın hazırkı baş məşqçisi Karlo Ançelottinin gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

İspaniya nəhəngi italiyalıya yeni müqavilə təklif etməyi planlaşdırır, çünki tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır. Əgər razılaşma uğursuz olarsa, "Real"ın 2 alternativ variantı var. 

Klub rəhbərliyi Xabi Alonso (“Bayer”) və ya Roberto de Zerbini (“Brayton”) çalışdırıcı olaraq komandaya dəvət edə bilər.

 


Paylaş: