"Arsenal" braziliyalı hücumçuya qiymət qoydu
Qabriel Jezus "Arsenal"dan ayrılmaq istəyir.
Sportlife.az xəbər verir ki, braziliyalı hücumçu daha çox oynaya biləcəyi komanda axtarır.
London klubu da forvardla vidalaşmağa hazırdır. Sadəcə, bunun üçün 30-35 milyon təzminat ödənilməlidir.
Qeyd edək ki, Jezuşla bir neçə ingilis klubu ilə yanaşı, "Milan" da yaxından maraqlanır.