"Arsenal" səfərdə qonaq kimi davranmadı: 6 cavabsız qol

  • 5 Mart 2024, 02:17

"Arsenal" Premyer Liqanın 27-ci turunun matçında səfərdə "Şeffild Yunayted"i darmadağın edib - 6:0.

Sportlife.az xəbər verir ki, "Topçular" ilk 5 qolunu ilk hissədə vurublar. Londonluların heyətində Martin Odeqar, Qabriel Martinelli, Kay Haverts və Deklan Rays, daha bir qolu isə “Şeffild”in müdafiəçisi Ceyden Boql vurub.

İkinci hissədə müdafiəçi Ben Uayt “Arsenal”ın heyətində daha bir qol vurub.

“Arsenal” İngiltərə çempionatında ardıcıl yeddinci qələbəsini qazanıb və 61 xalla Premyer Liqanın turnir cədvəlində üçüncüdür. “Topçular” lider “Liverpul”dan 2 xal, ikinci yerdə olan “Mançester Siti”dən 1 xal geri qalırlar.

"Şeffild Yunayted" 13 xalla Premyer Liqa cədvəlində sonuncu, 20-ci yerdədir.


Paylaş: