Arteta qanalı futbolçudan razıdır

  • 29 Noyabr 2024, 14:43

“Vəziyyəti müzakirə etmək üçün vaxtımız olacaq”.

Sportlife.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Tomas Partinin yeni müqaviləsi barədə deyib. İspaniyalı mütəxəssis qanalı yarımmüdafiəçidən çox razı olduğunu da bildirib.

"O, ən yüksək səviyyədə davamlılıq nümayiş etdirir, çünki onun fiziki olaraq hazır hiss etməsi ona bunu etməyə imkan verir".

“Tomasdan çox razıyam”.

Xatırladaq ki, qanalı futbolçunun London klubuyla sözləşməsi gələn ilin yayında bitir.


Paylaş: