
"Atletiko”nun hücumçusu cəzalandı
İspaniya Futbol Federasiyası “Atletiko”nun hücumçusu Anxel Korreanı 5 oyun cəzalandırıb.
Sportlife.az xəbər verir ki, buna futbolçunun “Xetafe” ilə oyundan sonra etdiyi hərəkət səbəb olub.
Forvard ona qırmızı vərəqə göstərən baş hakimi təhqir edib.
5 oyunluq diskvalifikasiyanın biri vərəqəyə, 4-ü isə təhqirə görədir.