Avro-2024: İspanlar finala yüksəldi

  • 10 İyul 2024, 01:30

Avro-2024-də ilk finalçı bəlli olub.

Sportlife.az xəbər verir ki, bu gün İspaniya və Fransa milli komandaları üz-üzə gəlib. Görüş "buğalar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İspanlar finalda Niderland - İngiltərə matçının qalibi ilə qarşılaşacaq.

İspaniya - Fransa 2:1

Qollar: Lamin Yamal, 14, Dani Olmo, 25 - Randal Kolo Muani, 9


Paylaş: