Ayrılmaq istəmirdi, fikrini dəyişdi
Martin Subimendi "Real Sosyedad"dan ayrılmağa hazırdır.
Sportlife.az "Times Sport" nəşrinə istinadən xəbər verir ki, yayda klubda qalan 25 yaşlı yarımmüdafiəçiylə Premyer Liqa klubları yaxından maraqlanır.
"Mançester Siti", "Arsenal" və "Liverpul" onunla maraqlanır.
"Transfermart" portalına görə onun bazar dəyəri 60 milyon avrodur.