"Barselona"dan "Bavariya"ya?

  • 19 Aprel 2024, 20:46

"Bavariya" "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.

Sportlife.az "Relevo"ya istinadla xəbər verir ki, münhenlilərin cari mövsümdə göstərdiyi qeyri-qənaətbəxş nəticələr səbəbindən klub rəhbərliyi heyəti gücləndirməyi planlaşdırır.

Qeyd olunur ki, alman komandası transferlərə 150 ​​milyon avro xərcləyə bilər. Bu mövsüm 26 yaşlı de Yonq 29 oyun keçirib və 2 qol vurub.


Paylaş: