
"Bavariya"nın müdafiəçisi ciddi zədə aldı
"Bavariya" müdafiəçisi Bun Sarrı itirib.
Sportlife.az klubun rəsmi portalına istinadla xəbər verir ki, müdafiəçi məşq zamanı zədələnib.
Məlumata görə, onun dizinin ön çarpaz bağı qopub. Futbolçu ən az 6 ay meydanlardan uzaq qalacaq.
Bu mövsüm Sarr Almaniya kubokunda 5 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.