"Canavarlar" üçün yeni ov

  • 19 Aprel 2024, 23:15

"Yuventus"un vingeri Federiko Kyesa "Roma"ya keçə bilər.

Sportlife.az "Tuttosport"a istinadla xəbər verir ki, Roma klubu futbolçunu 2025-ci ilin yayında "ağ-qaralar" ilə müqaviləsi başa çatanda transfer edə bilər. Qeyd olunur ki, “Canavarlar”ın baş məşqçisi Daniele De Rossi şəxsən futbolçunu komandada görmək istəyir.

Bu mövsüm 26 yaşlı Kyesa 29 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: