Çempionlar Liqasında ən azı beş İtaliya klubu çıxış edəcək

  • 19 Aprel 2024, 21:48

"Roma" və "Atalanta" Avropa Liqasının, "Fiorentina" isə Konfrans Liqasının yarımfinalına yüksəlib.

Sportlife.az xəbər verir ki, beləliklə, Çempionlar Liqasının növbəti mövsümündə A Seriyasının beş klubu iştirak edəcək.

İtaliya çempionatı UEFA əmsallar cədvəlində ilk 2-likdə yer alması sayəsində beşinci vəsiqəni qazandı - bu, 2024/25 mövsümündən etibarən Çempionlar Liqasının yeni formatındakı yeniliklərdən biridir. İştirakçı sayı 32-dən 36-ya artırılıb.

Qeyd edək ki, “Atalanta” və ya “Roma” Avropa Liqasını qazansalar, lakin A Seriyasını beşincidən aşağı başa vursalar, növbəti Çempionlar Liqası mövsümündə İtaliyanın altı komandası oynaya bilər. İndi romalılar beşinci, berqamolular isə altıncı yerdədirlər.


Paylaş: