Deku Neymarla bağlı son nöqtəni qoydu
Braziliya millisinin futbolçusu Neymar "Barselona"ya qayıtmayacaq.
Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deku bunun hazırkı məqamda mümkünsüz olduğunu bildirib:
"La Liqanın qaydalarını nəzərə alsaq, bu, maddi baxımdan çətindir. Neymar hələ də dünyanın ən güclü futbolçularından biridir.Onu dünyanın istənilən klubunda isti qarşılayacaqlar. Ən əsası isə Neymarın yenidən futbol oynamasıdır. Bu ona və ətrafındakılara sevinc bəxş edəcək. Onun hansı qərar verəcəyini bilmirəm, əsas odur ki, xoşbəxt olsun".
Qeyd edək ki, Neymar hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edir.