Luis Enrike yeni transferdən razıdır
PSJ-nin baş məşqçisi Luis Enrike "Napoli"dən transfer olunan Xviça Kvaratsxeliyanın fiziki hazırlığını dəyərləndirib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis gürcüstanlı yarımmüdafiəçinin yaxşı vəziyyətdə olduğunu bildirib:
“Bir oyunçu alanda onun komandanı yaxşılaşdıracağına inanırsan. Nə vaxt oynamağa başlayacağını bilmirəm, bu, məşqdən asılıdır. Komandamızın səviyyəsinə görə o qədər də asan deyil. Əslində bunun elə də əhəmiyyəti yoxdur. Onun bizim dinamikamıza uyğun olması vacibdir.Fiziki cəhətdən çox yaxşıdır. Problemsiz məşq etdiyini görürük. "O, hazırdır".