"Milan" meksikalı hücumçunu istəyir
"Milan" "Feyenoord"un və Meksika millisinin hücumçusu Santyaqo Ximenesi heyətinə qata bilər.
Sportlife.az xəbər verir ki, İtaliya nəhəngi 23 yaşlı forvard üçün Niderland klubuna ilk rəsmi təklifini göndərməyə hazırlaşır. Rotterdam təmsilçisi futbolçunu yanvarda buraxmağa hazırdır, lakin təklif çox ciddi olmalıdır.
"Milan" artıq futbolçunun nümayəndələri ilə danışıqlar aparır və ona 2027-ci ilə qədər müqavilə təklif edib.
Ximenes bu mövsüm "Feyenoord"un heyətində bütün turnirlərdə 18 matç keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib.