
Deşam günahı hakimlərin üstünə atdı
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə 2:2 hesablı heç-heçəni şərh edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis hakimlərin idarəçiliyindən narazı qalıb:
"Oyuna çox yaxşı nəzarət edirdik. Rəqib hədəfə iki zərbə vurdu və hər ikisi qolla nəticələndi. İkinci qolu buraxmağımıza əsəbiləşirəm. Ola bilsin ki, bir az rahatlaşdıq, amma bu, bizim başımıza gəlməməli idi.
Qapımıza vurulan ilk qolda kobudluq var idi. Yəqin ki, hakimlər bəzən yuxuda olur. Xırda qayda pozuntuları ilə bağlı şübhəli qərarlar da oldu. Bəlkə də matç burada keçirildiyi üçün ab-hava hakimə təsir edib. İlk qol qeydə alınmamalı idi".