
"Barselona"da qalmağa razılaşdı
Frenki de Yonq "Barselona" ilə müqavilənin uzadılmasına razılaşıb.
Sportlife.az xəbər verir ki, tərəflər yeni sözləşməni bu həftə, çox güman ki, sabah imzalayacaqlar.
İddiaya görə, müqavilə müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Sərbəst məbləği 400 milyon avrodan 500 milyona yüksələcək.
Frenki de Yonq 2019-cu ildə "Ayaks"dan 85 milyon avroya transfer olunub. Yarımmüdafiəçi Kataloniya klubunda 267 oyun keçirib, 19 qol vurub və 24 məhsuldar ötürmə edib.