Rebrov jurnalistlərə söz atdı

  • Bu gün, 13:30

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan üzərində 2:1 hesablı qələbədən sonra Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov ona təxribat xarakterli suallar vermədiyinə görə jurnalistlərə təşəkkür edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bu barədə deyib:

"Məni qıcıqlandıran heç bir sual olmadığına görə minnətdaram. Özümü yaxşı hiss edirəm. Bilirəm ki, suallar verə bilərdiniz, amma indi mənə bir az istirahət verdiyiniz üçün təşəkkür edirəm".


Paylaş: