Alman futbolçu ingilislərin "radar"ında

  • Bu gün, 14:36

"Arsenal", "Mançester Siti" və "Real" "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunu transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, alman klubu 22 yaşlı futbolçu üçün 2026-cı ilin yayına qədər transfer təkliflərini nəzərdən keçirməyəcək. Bu ilin fevralında futbolçunun müqaviləsi 2030-cu ilin iyununa qədər uzadılıb.

Cari mövsümdə Braun 8 matçda bir qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: