Yığmamız Avropa 2-cisi oldu

  • Bu gün, 18:06

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında gümüş medal qazanıb.

Sportlife.az xəbər verir ki, sonuncu - IX turda Serbiya ilə qarşılaşan yığma rəqibinə 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı öz rəqiblərinə uduzublar, yeganə qələbəni isə Eltac Səfərli qazanıb. Millimiz yarışı 13 xalla ikinci pillədə tamamlayıb.

Qitə çempionu adına isə Ukrayna millisi sahib çıxıb. Serbiya komandası bürünc medalla kifayətlənib.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi isə Avropa çempionatını medalsız başa vurub.


Paylaş: