
Yaponiyadan tarixi qələbə
Braziliya millisi yoldaşlıq görüşündə Yaponiyaya 2:3 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, "sambaçılar" Paulo Enrike və Qabriel Martinellinin qolları ilə fasiləyə 2:0 öndə yollanıb.
İkinci hissədə Yaponiya Karlo Ançelottinin komandasına 3 qol vurub. Takumi Minamino, Keito Nakamura və Ayase Ueda hərəyə bir dəfə fərqləniblər.
Bu, Yaponiyanın Braziliya üzərində ilk qələbəsidir. Buna qədər Yaponiya Braziliyaya 11 dəfə uduzub, iki dəfə heç-heçə edib.