
Şahruddin cəzalı duruma düşdü
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşün 45+1-ci dəqiqəsində sarı vərəqə alıb.
Sportlife.az xəbər verir ki, bu, təcrübəli qolkiperin cari seçmə mərhələdə gördüyü 2-ci sarı vərəqədir. Bu səbəbdən də Şahruddin cəzalı duruma düşüb. O, noyabrın 13-də Bakıda İslandiyaya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.
Xatırladaq ki, Ş.Məhəmmədəliyev seçmə mərhələdəki ilk sarı vərəqəsini Bakıda Ukraynaya qarşı keçirilən görüşdə (1:1) almışdı.