Qazaxıstanın mundial arzusu puç oldu

  • Bu gün, 13:53

Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsinin son turunda səfərdə Şimali Makedoniya ilə heç-heçə etdiyi üçün final mərhələsinə vəsiqə şansını itirib.

Sportlife.az xəbər verir ki, Skopyedəki qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yeddi xalı olan Qazaxıstan dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

Komanda son seçmə oyununu noyabrın 15-də evdə Belçikaya qarşı keçirəcək.

Hər qrupdan ən yaxşı komanda final mərhələsinə, ikinci yeri tutanlar isə pley-offa vəsiqə qazanır.


Paylaş: