Mbappedən etiraf: "Argentina bizdən yaxşı idi"

  • Bu gün, 11:30

Fransa millisinin hücumçusu Kilian Mbappe Argentinanın 2022-ci ildə dünya çempionu olmağı haqq etdiyini bildirib.

Sportlife.az xəbər verir ki, forvard Cənubi Amerika təmsilçisinin Fransa ilə final oyununda qələbəyə layiq olduğunu deyib:

"Finalda üç qol vurub qalib gəlməmək necə bir şeydir? Siz qol vurmaq deyil, qələbə haqqında düşünürsünüz. Amma biz hücumçuyuq və qol vurmağa hamıdan daha yaxınıq.

Bu, çılğın matç idi və Argentina qalib gəlməyə layiq olduğunu göstərdi. Çünki matçın istənilən hissəsində bizdən daha yaxşı idilər. Düzdür, bizim üstün olduğumuz anlar oldu, amma sonda layiqli nəticə oldu.

Bu, məyusedicidir və biz bunu unutmamalıyıq. Çünki 2026-cı il dünya çempionatı yaxınlaşır və biz yenidən məyus olmaq istəmirik”.


Paylaş: