"Arsenal" kapitanını itirdi

  • Bu gün, 14:52

"Arsenal"ın kapitanı Martin Odeqard zədə səbəbindən ən azı bir ay yarım yaşıl meydanlardan kənarda qalacaq.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi noyabrın sonuna qədər əsas heyətə qayıda bilməyəcək. O, Norveç yığmasının noyabrdakı beynəlxalq oyunlarını da buraxacaq.

Yarımmüdafiəçi oktyabrın 4-də "Arsenal"ın "Vest Hem"ə qarşı matçında zədə alıb və ilk hissədə əvəzlənib.

Qeyd edək ki, bu mövsüm norveçli futbolçu "topçular"ın heyətində 7 oyun keçirib və 2 məhsuldar ötürmə edib.


Paylaş: