
Zidanın ən bəyəndiyi futbolçu
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan müasir dövrdə bəyəndiyi futbolçuların adlarını açıqlayıb.
Sportlife.az xəbər verir ki, fransalı mütəxəssis Lamin Yamalın oyununa heyran qaldığını bildirib:
"Ötən mövsüm Çempionlar Liqası çərçivəsində San Siroda "İnter"lə matçda (3:4) hər şeyi təkbaşına etdi. PSJ-dən Vitinyo və ya Joau Neveş haqqında da eyni fikirdəyəm. Onlar heç vaxt topu itirmirlər".
Bu mövsüm 18 yaşlı Yamal beş oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.