
Millinin baş məşqçisi qovuldu
İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson istefaya göndərilib.
Sportlife.az xəbər verir ki, buna yığmanın DÇ-2026-nın seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.
B qrupunda mübarizə aparan komanda son turda Kosovoya uduzaraq 1 xalla sonuncu sırada yer alıb və final mərhələsinə vəsiqə şansını itirib.
Qeyd edək ki, Tomasson ötən ilin fevralında İsveç yığmasının sükanı arxasına keçmişdi.