Rafinyadan "Barselona"ya bəd xəbər

  • Bu gün, 17:56

"Barselona"nın cinah oyunçusu Rafinya İspaniya La Liqasının 9-cu turunda "Jirona" ilə oyunu buraxacaq.

Sportlife.az xəbər verir ki, 28 yaşlı futbolçu 6-cı turda "Ovyedo"ya 3:1 hesabı ilə qalib gəldikləri oyunda sağ bud nahiyəsindən zədə alıb. 

Braziliyalı çərşənbə axşamı komandanın məşqini erkən tərk edib. O, fərdi hazırlıqla kifayətlənir.

Rafinya bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 7 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: