Kabo Verde millisindən tarixi nailiyyət

  • Bu gün, 12:31

Kabo Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Sportlife.az xəbər verir ki, yığma seçmə mərhələdə Svazilendi məğlub edərək, DÇ-2026-da iştirak hüququ əldə edib.

Prayada keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kabo-Verde millisi 10 oyundan 23 xal toplayaraq D qrupunda Kamerunu qabaqlayıb.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 komanda iştirak edəcək.


Paylaş: