
Dibala 1 oynamayacaq
“Roma”nın və Argentina millisinin hücumçusu Paulo Dibala İtaliya çempionatının 29-cu turunda “Kalyari” ilə oyunda (1:0) zədələnib.
Sportlife.az xəbər verir ki, 31 yaşlı forvard 63-cü dəqiqədə oyuna daxil olsa da, 12 dəqiqə sonra ayağındakı ağrı səbəbindən meydanı tərk edib. İddiaya görə, o, sol budunun arxa əzələsini zədələyib və ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Buna görə də Dibala DÇ-2026-nın seçmə mərhələsində martda Uruqvay və Braziliya ilə keçiriləcək oyunları buraxacaq.
Furbolçu bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 36 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.