
"Yuventus"dan Motta qərarı
“Yuevntus” rəhbərliyi baş məşqçisi Tiaqo Motta ilə bağlı qərarını verib.
Sportlife.az xəbər verir ki, Turin təmsilçisinin idman direktoru Kristiano Ciuntoli son matçlardakı zəif nəticələrinə baxmayaraq, 42 yaşlı mütəxəssisin vəzifəsində qalacağını açıqlayıb.
“Biz Motta ilə işləməyə davam edirik və mövqeyimizi dəyişmirik. Bu vəziyyətdən ancaq birlikdə çıxa bilərik. Çətin məqamdır, amma biz davam edirik”, – deyə Ciuntoli bildirib.
Qeyd edək ki, “Yuventus” A Seriyasında 29 turdan sonra 52 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.