
Futbolçu yanğında həyatını itirdi
"Şkupi"nin futbolçusu Andrey Lazarov faciəvi şəkildə ölüb.
Sportlife.az xəbər verir ki, 25 yaşlı oyunçu Şimali Makedoniyada gecə klubunda insanları yanğından xilas edərkən dünyasını dəyişib.
Hadisə vaxtı Lazarov DNA adlı yerli hip-hop qrupunun konsertində imiş.
Yanğın başlayanda klubda 1500-ə yaxın müştəri olub. İddiaya görə, yanğın pirotexniki vasitələrin tavana dəyməsindən sonra başlayıb. Artıq klubun sahibi həbs edilib, daha 4 nəfər isə Makedoniya hakimiyyəti tərəfindən axtarışa verilib.