
Təxirə salınmış oyunun vaxtı bilindi
İspaniya La Liqasının 27-ci turundan təxirə salınmış “Barselona” – “Osasuna” matçı martın 27-də keçiriləcək.
Sportlife.az xəbər verir ki, oyun əvvəlcə martın 8-də baş tutmalı idi.
Görüşün təxirə salınması start fitinə 20 dəqiqə qalmış elan edilib. Bu qərara səbəb "Barselona"nın həkiminin vəfat etməsi olub.
Qeyd edək ki, "Barselona" 60 xalla 1-ci, "Osasuna" 33 xalla 14-cü yerdədir.