Dünya çempionu avrokubok yarımfinalının ilk matçında olmayacaq

  • 19 Aprel 2024, 19:58

"Aston Villa"nın qapıçısı Emiliano Martinez Konfrans Liqasının yarımfinalında "Olimpiakos"la ilk oyun üçün UEFA tərəfindən cəzalandırılıb.

Sportlife.az xəbər verir ki, 31 yaşlı argentinalı turnirin 1/4 finalında "Lill"lə cavab matçında (2:2) iki sarı vərəqə alıb: biri əsas vaxtda, digəri isə penaltilər seriyasında.

Matç zamanı alınan vərəqələr penaltilər seriyasına aid olmadığı üçün meydandan qovulmayıb. Martinez növbəti Konfrans Liqası matçına çıxa bilməyəcək.

“Aston Villa” və “Olimpiakos” arasında ilk oyun mayın 2-də İngiltərədə keçiriləcək.


Paylaş: