"El-Klasiko" enişə doğru gedir"

  • 19 Aprel 2024, 20:30

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Məsut Özil La Liqanın 32-ci turunun "Real" - "Barselona" matçı ilə bağlı gözləntilərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Özil "Marca"ya açıqlamasında “El-Klasiko enişə doğru gedir, bu, kədərlidir. Ancaq "Real Madrid"i buna görə qınamaq lazım deyil, çünki onlar dünyanın ən yaxşı komandalarından biridir. Problem potensialını əldən vermiş "Barselona"dadır” deyib.

Oyun aprelin 21-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.


Paylaş: