"Fənərbağça" və "Qalatasaray" eyni oyunçuyla maraqlanır

  • 11 İyun 2024, 14:56

"Fənərbağça" və "Qalatasaray" eyni oyunçuya "elçi düşüb".

Sportlife.az "La Gazzetta dello Sport"a əsasən xəbər verir ki, İstanbul nəhəngləri Xoakin Korreanı heyətinə qatmaq istəyir.

Korrea ötən mövsümü icarə əsasında "Marsel"də keçirdib. Argentinalı futbolçu müqaviləylə "İnter"ə məxsusdur. Onun Milan klubuyla müqaviləsi gələn ilin yayında bitir.


Paylaş: