Finalın qəhrəmanı ingilislərin "radar"ında

  • 16 May 2025, 16:33

İtaliya Kubokunun finalında "Milan"la görüşdə yeganə və həlledici qolun müəllifi olan "Bolonya"nın futbolçiusu Dan Ndoye Premyer Liqanın iki aparıcı klubunun maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, vingerin potensial alıcılarının adı hələ açıqlanmayıb. İtaliya klubu 24 yaşlı Seneqal əsilli isveçrəli üçün 40 milyon avro tələb edir.

Ndoyenin Serie A klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Futbolçu bu mövsüm 39 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: