Hava limanında saxlanılan Rubiales həbsdən buraxılıb

  • 3 Aprel 2024, 16:23

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales Dominikan Respublikasından İspaniyaya qayıtdıqdan sonra ölkənin Mülki Qvardiyası tərəfindən saxlanılıb, lakin tezliklə həbsdən azad edilib.

Sportlife.az "La Vanguardia"ya istinadla xəbər verir ki, Rubiales ona qarşı irəli sürülən ittihamlarla bağlı məlumatlandırılıb və daha sonra sərbəst buraxılıb. Hazırda 46 yaşlı ispaniyalı məhkəməyə çağırış vərəqəsini gözləyir.

Bundan əvvəl İspaniya prokurorluğu korrupsiya istintaqı ilə bağlı Rubialesin həbsinə order verib. Təşkilat futbolçu Cennifer Hermoso ilə öpüşmə hadisəsində də onun üçün iki il yarım həbs istəyib.

Ötən ilin payızında FİFA qadınların dünya çempionatında ispaniyalı futbolçuların qalib gəldiyi "öpüşmə" qalmaqalından sonra Rubialesi üç il müddətinə futboldan uzaqlaşdırmışdı.


Paylaş: