Juninyonu ala bilməyən "Sevilya" ilk transferini etdi

  • 10 Yanvar 2025, 14:32

"Sevilya" 2025-ci ildə ilk transfer edib.

Sportlife.az xəbər verir ki, İspaniya klubu Ruben Varqası heyətinə qatdığını açıqlayıb. Bu barədə klub rəsmi saytından məlumat verib.

26 yaşlı futbolçuyla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Varqas beş mövsümdür Almaniyanın "Auqsburq" klubunda çıxış edirdi. İsveçrə millisinin də əsas üzvlərindən biri olan vinger yığmada 50 oyuna çıxıb və 8 qol vurub.


Paylaş: