Karyerasını İngiltərədə davam etdirə bilər

  • 9 Mart 2025, 11:19

Tezliklə “Arsenal”ın idman direktoru olacaq Andrea Berta ulduz hücumçunu kluba dəvət etməyi planlaşdırır.

Sportlife.az xəbər verir ki, italiyalı idarəçi "Arsenal"ın əsas transfer hədəfinin "İnter"in hücumçusu Lautaro Martinez olduğunu açıqlayıb. London nəhəngi "neradzurri"nin kapitanını gələn yay heyətinə qatmağa çalışacaq.

"Transfermarkt" Lautaro Martinezi 100 milyon avro dəyərləndirir. 27 yaşlı argentinalı futbolçunun "İnter"lə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.


Paylaş: