"Kloppun uşaqları milyard dollar itirənlərə qarşı oynadılar"

  • 25 Fevral 2024, 22:55

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Liqa Kubokunun finalında “Liverpul”un “Çelsi” üzərində qələbəsini (1:0) şərh edib.

Sportlife.az xəbər verir ki, bu barədə Nevill "SkySports"a danışıb.

“Əlavə vaxtda Kloppun uşaqları milyard dollar itirənlərə qarşı oynadılar. "Liverpul" tamamilə sensasiyalı idi. Bu gənc oyunçular inanılmazdırlar. Klopp çox qürurlu olmalıdır. “Çelsi”yə gəlincə, mənim onlara heç bir rəğbətim yoxdur. Poçettinonun oyunçuları fiaskoya uğradı. Onlar gözümüzün qabağında və öz azarkeşlərinin önündə söndülər”, - deyə Nevill bildirib.

Qeyd edək ki, “Liverpul” 10-cu dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Bu, turnir rekordudur.


Paylaş: