"Kopenhagen"in qapıçısının paylaşımı gündəm oldu

"Kopenhagen"in qapıçısının paylaşımı gündəm oldu

  • 21 Sentyabr 2023, 11:42

Çempionlar Liqasında "Qalatasaray" ilə oyunöncəsi "Kopenhagen"in polşalı qapıçısı Kamil Qrabaranın  müsahibəsi qalmaqala səbəb olub. 

Sportlife.az xəbər verir ki, o açıqlamasında "Fənərbağça" azarkeşlərinin daha üstün olduğunu bildirib: 

"Biz ilk dəfə deyil ki, belə atmosferdə oynayırıq, öyrəşmişik. Axı azarkeşlər yox, biz oynayırıq. Bir dostumdan eşitmişəm ki, "Fənərbağça" azarkeşləri daha yaxşıdır".

Kamil Qrabara isinmək üçün meydançaya çıxanda "Qalatasaray" azarkeşləri ona fit çalıb. 

Matçın sonunda polşalı qolkiperin "instaqram" hesabında paylaşdığı şəklin mətn hissəsində təhqiredici ifadə yazıb.

"Kopenhagen"in qapıçısı Kamil Qrabaradan oyundan sonrakı çirkin paylaşım!  - Şəkil: 1

 


Paylaş: