"Liverpul" tükənib, sadəcə..."

  • Bu gün, 10:57

"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karraqer sabiq komandasının İngiltərə Liqa Kubokunun finalında "Nyukasl"a 1:2 hesablı məğlubiyyətinə münasibət bildirib.

Sportlife.az xəbər verir ki, veteran futbolçu "sağsağanlar"ın Mersisayd klubunu meydandan sildiyini söyləyib:

"Hesab 3:0 və ya 4:0 olmalı idi. "Liverpul" təsəlli qolunu vurdu. Bu mövsüm əldə etməli olduqları şeyləri nəzərə alaraq çox tənqidi olmaq mənim üçün çətindir, lakin çox az adam bunu gözləyirdi. "Liverpul" PSJ qarşısında da zəif idi. "Nyukasl" rəqibini meydandan rəsmən sildi. "Liverpul tükənib, amma xoşbəxtlikdən onlar üçün çempionatda kifayət qədər böyük xal fərqi var".


Paylaş: