"Liverpul"un sahibi ispan klubunu alır?

  • Bu gün, 11:54

Amerika investisiya qrupu Fenway Sports Group (FSG) "Xetafe"ni almaq istəyir.

Sportlife.az xəbər verir ki, investorları klubun La Liqadakı nəticələri, bu yaxınlarda təsdiqlənmiş stadionun yenidən qurulması layihəsi və dəqiq inkişaf planı, bazanın paytaxt Madridə yaxınlığı cəlb edir.

2024-cü ilin iyul ayında FSG "Bordo"nu almaq istəsə də, stadionun kirayəsi ilə bağlı çətinliklər ucbatından sövdələşmə baş tutmayıb.

"Liverpul"dan başqa, FSG beysbol üzrə "Boston" və xokkey üzrə "Pittsburq" klublarının da sahibidir.

2024/25 mövsümünün sonunda "Xetafe" La Liqada 13-cü yeri tutub.


Paylaş: