"Mançester Yunayted" işçilərinə edilən güzəştləri ləğv edir

  • 26 Aprel 2024, 14:25

“Mançester Yunayted”in yeni rəhbərliyi İngiltərə kubokunun finalı üçün klubun əməkdaşlarına verilən güzəştləri ləğv etmək qərarına gəlib.

Sportlife.az "The Times"a istinadla xəbər verir ki, əvvəllər təqribən 1100 işçi pulsuz biletlər və Uembliyə gediş-gəliş əldə edirdi. Klub onların mehmanxana xərclərini də ödəyib. Eyni zamanda, yüksək səviyyəli işçilər və direktorlar dostlarını və qohumlarını özləri ilə matça apara bilərdilər.

"Mançester Yunayted"in yeni sahibləri hər bir işçinin indi yalnız bir bilet alacağını müəyyənləşdirib. Onlar həmçinin oyun günü Uembliyə avtobusla gediş-gəliş üçün 20 avro ödəməli olacaqlar. Oyundan əvvəl nahar və oyundan sonrakı əyləncəyə dəvət kimi bütün digər üstünlüklər ləğv edilib.

“Qırmızı şeytanlar” İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Oyun mayın 25-də baş tutacaq.


Paylaş: