"Mançester Yunayted" Onillə danışıqlar aparmaq istəyir

  • 28 Mart 2024, 10:38

"Mançester Yunayted" baş məşqçi Qari Onil ilə əməkdaşlığı müzakirə etmək istəyir.

Sportlife.az ESPN-ə istinadla xəbər verir ki, Mançester klubu "Vulverhempton"un baş məşqçisi Qari Onil ilə danışıqlar aparmaq niyyətindədir .

Lakin “Mançester Yunayted”in mütəxəssisə klubda hansı rolu təklif etmək istədiyi məlum deyil. Ola bilsin ki, "Mançester Yunayted" məşqçilər korpusunu gücləndirməyi düşünür.

Bildirilir ki, Onil klubun marağı barədə məlumatlandırılıb və rəhbərlik onun fikri barədə müzakirə etmək istəyini ifadə edib.


Paylaş: