Neymardan şad xəbər

  • 26 Aprel 2024, 15:00

“Əl-Hilal”ın hücumçusu Neymar dizindən aldığı zədənin sağalmasının son mərhələsinə qədəm qoyub.

Sportlife.az “Gazetaesportiva”ya istinadla xəbər verir ki, fizioterapevtin sözlərinə görə, 32 yaşlı braziliyalı gözlənildiyindən daha tez sağalır, lakin onun 2024-cü ildə Amerika Kubokunda iştirakı hələ də şübhə altındadır.

Neymar sol dizindəki zədəyə görə ötən ildən oynamır. O, sonuncu dəfə oktyabr ayında meydançaya çıxıb.


Paylaş: